Anasının 39 il əvvəlki libasını geyinəcək – fotolar

Anasının 39 il əvvəlki libasını geyinəcək – fotolar
3525 dəfə oxunub
  • A-
  • A
  • A+
“Yeşilçam” ulduzu Türkan Şorayın qızı Yağmur Ünal “Uzaklarda arama” filmi üçün kamera qarşısına keçəcək.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yağmur ekran işində anasının 1976-cı ildə lentə alınan “Devlerin aşkı” filmində istifadə etdiyi qırmızı libası geyinəcək. Y.Ünal klub müğənnisi obrazını canlandıracaq. Filmin prodüseri Yağmur, rejissoru isə Türkan Şorayın özüdür.

Qeyd edək ki, “Uzaklarda arama”nın sadəcə səhnə çəkilişləri üçün 1500-dən çox libas hazırlanıb. Geyimlərin əksəriyyətinin T,Şorayın keçmiş libaslarına bənzəməsi üçün 600 metrdən çox parçadan istifadə olunub. Bundan başqa, çəkilişlərin aparıldığı kəndin əhalisi üçün də 5000 metr parçadan müxtəlif paltarlar tikilib.