Yay problemləri üçün maska

Yay problemləri üçün maska
3849 dəfə oxunub
  • A-
  • A
  • A+

Günəş dərini qaraldıb, gözəl qaralma effekti verir. Amma eyni zamanda yaranmış dəri problemləri xanımların əhvalını bütün il boyu korlayır. Gözətrafı ləkələr, üzdəki qızartılar və qırışlar, dərinin yağlanması və ya qurumasını sadəcə, bir maska ilə aradan qaldırmaq olar.
 
Axşam.az xarici mətbuata istinadən gündən solmuş dəridəki problemləri aradan qaldıracaq maska təqdim edir:

Eyni miqdarda südü və balı qarışdırıb, üzə və dekolte hissəyə çəkib, yarım saatdan sonra ilıq, sonra isə soyuq su ilə yuyun. Maskadan sonra dərinin strukturuna uyğun seçilmiş nəmləndirici krem çəkmək lazımdır.