Film çəkilişində qız üstə bıçaqlanma oldu

Film çəkilişində qız üstə bıçaqlanma oldu
3033 dəfə oxunub
  • A-
  • A
  • A+

Ədirnədə Səlim Gülgörən və Burçin Abdullahın baş rolda oynadığı "Bol şans" filminin çəkilişlərində dava düşüb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, filmin avtomobil yarışı səhnəsinin çəkilişi zamanı iki qrup arasında qız üstə mübahisə yaranıb. Çəkilişə tamaşa edənlər davanın ssenaridə olduğunu zənn edərək səssiz qalıblar.

Daha sonra gənclərin bir-birinə bıçaq çəkməsi ilə 3 nəfər yaralanıb. Polis hadisə yerinə gələrək 6 şübhəli şəxsi göz altına alıb.

Ortalıq sakitləşdikdən sonra çəkilişlər səhərə qədər davam edib.