Azərbaycanlı iş adamının keçmiş sevgilisindən yeni fotolar

Azərbaycanlı iş adamının keçmiş sevgilisindən yeni fotolar
11420 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı məşhur balerina Anastasiya Voloçkova yenidən diqqət mərkəzinə çevrilib.

Axşam.az-ın “anspress”ə istinadən məlumatına görə, 39 yaşlı rəqqasə sosial şəbəkədə yeni şəkillərini yayıb. Şəxsi hesabında yaydığı fotolarda Voloçkova sevimli pozasında - "şpaqat" da çəkdirdiyi şəkilləri paylaşıb. Öz mikrobloqunda balerina yeni fotoları haqda belə yazıb:

"Bu şəkillər insana pozitiv enerji verir. Bu pozada özümü həmişə səmimi və parlaq hiss edirəm".

Qeyd edək ki, Anastasiya Voloçkova ilə azərbaycanlı iş adamı Bəxtiyar Səlimov arasında eşq macərası yaşanıb. Onların məhəbbət romanı düz 2 il davam edib. Bu qış balerina sevgilisindən ayrılmaq qərarına gəlib. O, bunu Bəxtiyar Səlimovun Moskvaya gec-gec getməsiylə əlaqələndirib. 46 yaşlı iş adamı Bəxtiyar Səlimov Bakıda anadan olub.