Beren Saat hamiləliyi və qayınanası haqda danışdı - foto

Beren Saat hamiləliyi və qayınanası haqda danışdı - foto
13566 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Beren Saat son zamanlar barəsində yayılan şayiələr haqqında danışıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, həyat yoldaşı ilə birgə səsləndirdiyi "Minyonlar" cizgi filminin qala gecəsinə qatılan aktrisa hamiləliyi haqqında belə deyib:

"Biz haqqımızda çıxan xəbərlərə reaksiya verməmiş yayılır. Hamiləlik xəbərləri yayıldı, amma həqiqətə uyğun deyil".

B.Saat qayınanası ilə münasibətlərinin pozulması barədə xəbərlərə də reaksiya verib:

"Sosial şəbəkədə dostluqdan çıxarıbmışam, izləməni dayandırıbmışam... Bunlar hamısı yalan xəbərdir. İnsan münasibətləri mediada belə olmamalıdır".

Cütlük Bodrumdakı istirahət zamanı paparassilər onları rahat buraxmadığı üçün doyunca günəş vannası qəbul etmədiklərini deyib:

"Nə edə bilərik. Bizim işimizin mənfi tərəfi də budur..."