"Yeni mövsümdə “Bazar səhəri”ndə olmayacam" - Kamran Həsənli

"Yeni mövsümdə “Bazar səhəri”ndə olmayacam" -  Kamran Həsənli
2168 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Kamran Həsənli payızda efirə yeni layihə ilə qayıdacaq.

Bu haqda şoumen Axşam.az-a açıqlamasında deyib. O, aparıcı Rövşanə Ağasəfqızı ilə birlikdə apardığı və ANS-də yayımlanan “Bazar səhəri” verilişindən ayrıldığını bildirib:

“Yeni mövsümdə “Bazar səhəri”ndə mən olmayacam. Proqramın davam edib-etməyəcəyindən isə xəbərim yoxdur. Yeni mövsümdə ANS-də “Axşam-axşam” adlı verilişim olacaq. Həftənin cümə günü tamaşaçıların görüşünə gələcəm. Proqramın maraqlı mövzusu var”.

Yay istirahətindən danışan K.Həsənli bu il Ukraynada dincəldiyini bildirib.

Qeyd edək ki, K.Həsənli və R.Ağasəfqızı “Bazar səhəri” verilişinin mövsüm finalında payızda proqramın davam edəcəyi, maraqlı dəyişikliklər olacağı vədini vermişdi.