Teatr mövsümünün açılışı Gəncədə keçiriləcək

Teatr mövsümünün  açılışı Gəncədə keçiriləcək
385 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı sentyabrın 14-də Gəncədə keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə, Gəncə Dövlət Dram və Gəncə Dövlət Kukla teatrlarının da yaxından iştirakı ilə təşkil olunacaq təntənəli mərasimə rəsmilər, tanınmış incəsənət xadimləri, respublikada fəaliyyət göstərən teatrların rəhbərləri qatılacaqlar.

Mövsümün rəsmi açılışına həsr olunmuş mərasimdən sonra Gəncə Dövlət Dram Teatrının Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası olacaq. Teatrın baş rejissoru İradə Gözəlovanın quruluş verdiyi tamaşada əsas rolları Xalq Artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov və digər aktyorlar ifa edirlər.

Qeyd edək ki, son illər yeni teatr mövsümünün açılış mərasimləri paytaxt Bakı ilə yanaşı, digər şəhərlərimizdə də keçirilir. 2011-ci ildə 139-cu teatr mövsümünün rəsmi açılışı Mingəçevirdə, 2014-cü ildə 142-ci mövsümün açılışı isə Şəkidə təşkil olunub.