"Onunla görüşməyə çəkinirəm"

"Onunla görüşməyə çəkinirəm"
4206 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan tanınmış aktrisa Məlahət Abbasova xalq artisti Səfurə İbrahimova ilə bağlı maraqlı açıqlamalar edib.

Axşam.az-ın məlumatın görə, o, bu haqda Milli.Az-a danışıb:
 
"Səfurə xanımla bağlı xəbərləri izləyirəm. Amma eşitdiyimə görə, heç kimlə görüşmür. Hər dəfə Bakıya gələndə onunla görüşmək istəyirəm, sadəcə çəkinirəm. Qərar vermişəm, bu dəfə Bakıya gələndə onunla görüşəcəyəm. Səfurə xanımı inanılmaz dərəcədə çox sevirəm, onun üçün çox darıxmışam. Onunla çox gözəl günlərimiz olub, mənimlə çox dərdləşib. O, həqiqətən, çox böyük bir sənətkardır. Teatrla, kino ilə yaşayan bir insandır. Son dərəcə həssas və duyğusal biridir. Teatrda ona edilən haqsızlıqlara nəhayət dayana bilməyib oranı tərk etdi. Allah onu yenidən sağlığına qovuşdursun. O, həqiqətən, əvəzolunmaz bir sənətkardır".

Qeyd edək ki, Məlahət Abbasova xalq artisti Səfurə İbrahimova ilə "Sən həmişə mənimləsən" televiziya tamaşasına birlikdə çəkilib.