İlhamə Quliyevanın səhhəti ilə bağlı yeni xəbər var

İlhamə Quliyevanın səhhəti ilə bağlı yeni xəbər var
4255 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın xalq artisi İlhamə Quliyeva həftə sonu xəstəxanadan evə buraxılacaq.

Axşam.az xəbər verir ki, xalq artistinin xalası oğlu Vüqar ans press-ə onun sağlamlığı haqqında danışıb. Onun sözlərinə görə, İlhamə Quliyevanın vəziyyəti əladır və 2-3 günə xəstəxanadan çıxacaq.

Xatırladaq ki, İlhamə Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Xalq artisti bir müddət bundan əvvəl ürəyindən əməliyyat olunub.

Bu əməliyyatdan sonra damarlarında problem yaranıb. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından ikinci dəfə əməliyyat masasına uzanmalı olub.