Sinan Özən azərbaycanlı müğənnilərlə çalışacaq

Sinan Özən azərbaycanlı müğənnilərlə çalışacaq
1063 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış müğənnisi Sinan Özən əməkdar artist Ədalət Şükürov və ifaçı Ceyhun Əliyevin yeni bəstəsini oxuyacaq.

Bu barədə Axşam.az-a C.Əliyev məlumat verib.  O, bildirib ki, bu yaxınlarda tərəflər bir araya gəlib, məsələ ilə bağlı danışıqlar aparacaqlar:

“Sinan Özən həm Ədalət bəyin repertuarından bir musiqi səsləndirəcək, həm də onun üçün bəstələnəcək mahnını oxuyacaq. Daha bir bəstəni isə məndən istəyiblər. Hazırda həmin mahnı üzərində çalışıram. İstəyirəm sevilən və gözəl mahnı təqdim edim”.