Elçin Cəfərovdan toyu ilə bağlı müraciət

Elçin Cəfərovdan toyu ilə bağlı müraciət
4495 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə nişanlanan müğənni Elçin Cəfərov media nümayəndələrinə müraciət edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bundan sonra şəxsi həyatı ilə bağlı heç nə danışmayacağını bildirib:

“Jurnalistlərimizdən və xəbər portallarından xahiş edirəm! Bundan sonra toyumla bağlı heç bir xəbər yazılmasın və yayılmasın. Məncə biz bütün  sualları cavablandırdıq. Artıq bu haqda heç bir sual soruşulmamağını rica edirəm. Çünki yayılan xəbərlər yaxınlarımıza və ailə üzvlərinə də təsir edir. Zamanı gələndə görüb paylaşarsınız. İnşallah! Öncədən təşəkkürlər”.

Qeyd edək ki, E.Cəfərov saytımıza açıqlamasında toyunun mediaya qapalı olacağını deyib. Məclis aprelin 25-də şəhər restoranlarından birində baş tutacaq.