"Ondan və ailəsindən üzr istəyirəm" - aktrisanın keçmiş əri

"Ondan və ailəsindən üzr istəyirəm" - aktrisanın keçmiş əri
4517 dəfə oxunub
  • A-
  • A
  • A+
İş adamı Cengiz Çolak iki il evli qaldıqdan sonra boşandığı həyat yoldaşı Pelin Sönmezə duyğusal ismarış göndərib.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, 2014-cü ildə evlənən cütlük bu yaxınlarda ayrılıb. C.Çolak İnstaqram səhifəsində P.Sönmezə hər zaman yanında olacağını yazıb:
 
“İki ildir, ailəli olduğum keçmiş həyat yoldaşım Pelin Sönmez bu gün evli ikən ona aldığım bəzi əşyaları mənə geri qaytarıb. Bununla da mən də münasibətimizin var-dövlətə görə olması haqda xəbər yayanlara həmin şayiələri “geri qaytarıram”. Pelinə bildirmək istəyirəm ki, hər zaman pis günündə bütün varlığımla yanında olacağam. Bütün xətalarım, yanlış sözlərim üçün ondan və ailəsindən üzr istəyirəm. Allah yolunu və bəxtini açıq etsin”.