Roma Papası Azərbaycana gələcək

Roma Papası Azərbaycana gələcək
803 dəfə oxunub
  • A-
  • A
  • A+
Roma papası Fransiskin bu həftə 12-ci xarici səfəri müzakirə olunduğu bir vaxtda, Vatikan Administrasiyasının məlumatlı dairələrində pontifikin Qafqaza səfər etmək niyyətində olduğu haqqında yenidən danışılmağa başlanıb.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə TASS-a istinadən "Novaya qazeta" məlumat yayıb.

İlkin məlumatlara görə, səfər 2016-cı ilin sentyabr ayına planlaşdırılır.

Papa Azərbaycanla yanaşı Ermənistan və Gürcüstana da səfər edəcək.