Yerli məşhurların pis vərdişləri - Siyahı

Yerli məşhurların pis vərdişləri -  Siyahı
10895 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər bir insanın özündə bəyənmədiyi bir xüsusiyyəti var. Eləcə də tanınmış simalar tez-tez sevmədikləri vərdişlərindən söz açırlar.

Axşam.az müğənnilərin arasında sorğu apararaq, onların pis vərdişlərini öyrənib.

Müğənni Roza Zərgərli – Hamıya çox tez inanıram. Bunu da özümə pis vərdiş hesab edirəm.

Müğənni Günel Ələkbərova – Evdən çıxıb, harasa gedəndə işığı, qazı və qapını yoxlayıram. Hətta qapını bağlayıb gedirəm, yarı yoldan qayıdır, bir də yoxlayıram.

Müğənni Elçin Cəfərov – Əvvəl heç bir bəyənmədiyim vərdişim yox idi. Amma son vaxtlar məndə qəribə vərdiş yaranıb. Maşının qapısını bağlayıb gedirəm, amma narahat qalıram. Geri qayıdıb üç-dörd dəfə qapını bağlamağımı yoxlayıram.

Müğənni Gülay Zeynallı – Ürəyiyumşağam, həmişə də buna peşman olmuşam. Hamıya da tez inanıram.  Məncə bu mənim ən pis vərdişimdir.

Aktrisa Ülviyyə Əliyeva – Səhərlər yuxudan tez oyanıram. Çox yata bilmirəm. Özüm üçün tez oyanmaq yaxşıdır. Amma evdəkilərə yazığım gəlir.

Aparıcı Vüsalə Əlizadə - Çox pis vərdişim odur ki, məsuliyyəti üzərimə götürürəm. Nəsə iş tapşırılanda, tez başlayıram ki, “Hər şeyi özüm edərəm”. İnsan üzərinə bütün məsuliyyəti götürməməlidir, onu paylaşmalıdır. Çox təəssüflər olsun ki, mən hər zaman dilimin bəlasına düşmüşəm. Hər dəfə etməyəcəyimi desəm də, özümlə bacarmıram.

Aparıcı Samirə Mustafayeva – Sadəliyi özümə pis vərdiş hesab edirəm. İnsanlara rahat olsun deyə əlimdən gələni əsirgəmirəm. Hətta yeni gələn birini yanıma çəkib, gözəl şərait yarada bilərəm. Sabahı gün o insan formalaşıb, mənim yanımdan düz keçir.

Müğənni Səidə Sultan – İnsanlara inanmağım pis vərdişimdir. İstəyərdim ifritə olum. İnsanlara qarşı qəddar olmaq istəyirəm, amma alınmır.