20 ildir saç uzadırlar - fotolar

20 ildir saç uzadırlar - fotolar
7021 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən qəribə layihələrindən biri yenə Çindən gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Çinli Rapunzeller" kimi tanınan 8 qadın 20 ildir saçlarını kəsdirmirlər. Qadınlar saçlarını ayda bir dəfə yuyur və tez-tez darayırlar. Onlar 3.5 metr uzunluğunda olan saçları ilə diqqəti ölkənin ən böyük problemi olan QİÇS-ə  çəkməyə çalışır. Bunun üçün xanımlar Çinin müxtəlif bölgələrini ziyarət edirlər.

Qeyd edək ki, Çində saç uzatmaq qədim ənənədir. Xüsusilə Çinin Huangluo kəndində yerləşən Yao qadınlarının uzun saç lovğalığı və təkəbbür hissi olduğunu söyləmək mümkündür. İnanca görə, uzun saç uzun ömür və zənginlik gətirir. Və yenə inanca görə, qadınlar saçlarını yalnız bir dəfə, evlənmədən əvvəl kəsdirirlər. Çində həmçinin, hər il keçirilən uzun saç festivalı da var.