“999-cu gecə”nin premyerası keçirilib - fotolar

“999-cu gecə”nin premyerası keçirilib -  fotolar
434 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrında “999-cu gecə” tamaşasının premyerası baş tutub.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, bu, “Min bir gecə” nağıllarının motivləri əsasında böyüklər üçün hazırlanan iki hissəli musiqili nağıl-tamaşadır.

Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunub.

Premyerada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, ictimai-siyasi xadimlər və tanınmış sənət adamları iştirak ediblər.

Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlər, konsertmeystri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Tamaşada ifa olunan mahnıların orkestrləşdirilməsi quruluşçu-dirijor Fəxrəddin Atayevə məxsusdur. Səhnə əsərində rolları əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edirlər.