Ramazan ayının 20-ci günü: imsak və iftar vaxtı

Ramazan ayının 20-ci günü: imsak və iftar vaxtı
14948 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanda Ramazan ayının iyirminci günüdür.

Axşam.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 26-da imsak saat 03:10, iftar isə 20:32-dədir.

İftar duası:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.


Ramazan ayının 20-ci gününün duası:

“İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur-an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah”.

(“Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin”.)