Odri Hepbernin məktubları 15 minə satıldı

Odri Hepbernin məktubları 15 minə satıldı
1189 dəfə oxunub
  • A-
  • A
  • A+

Londonda keçirilən hərracda Hollivudun əfsanəvi aktrisalarından biri Odri Hepbernin məktubları satışa qoyulub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın 1951-1960-ci illərə məxsus olan 10 məktubunu adını açıqlamayan bir kolleksiyaçının aldığı deyilir.

Məktublara 5500 dollar (təxminən 8500 manat) qiymət qoyulmuşdu. Amma hərracda 15min dollara (təxminən 23min manat) satılıb. Qeyd edək ki, Odri 1952-ci ildə “Roman holiday” filminə görə “ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb.