Ərdoğanla həbsxanada görüşən müğənni kimdir? - foto

Ərdoğanla həbsxanada görüşən müğənni kimdir?  - foto
6114 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Alişan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla onun həbs olunduğu zaman çəkilmiş fotosunu paylaşıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni onu yaltaqlanmaqda günahlandıranlara cavab verib:

"Yaltaqlıq edirsən, saray yaltağı" deyənlərə bu foto ilə cavab vermək istəyirəm. Gezi hadisələri zamanı da paylaşmışdım və açıqlama vermişdim. Amma hələ də axmaq-axmaq yazanlara bir daha söyləyirəm. Bu foto 1999-cu ildə Pınarhisar həbsxanasında ziyarət zamanı çəkilib.
 
O zamanlar nəinki siyasəti, hətta azadlığı əlindən alınmış bir böyük qardaşım kimi pis günündə yanında olmağa getdim. Bu gün prezidentim daha böyük tələ ilə, xainliklə üz-üzədir, təbii ki, yanında olacağam. Olmağa da davam edəcəyəm. Nə dövlətimizi, nə də prezidentimizi xainlərə yem etməyəcəyik".