Model şirkət rəhbəri oldu

Model şirkət rəhbəri oldu
10226 dəfə oxunub
  • A-
  • A
  • A+
Avropada bir çox məşhur markada model olaraq çalışan Ceren Karaçay Türkiyədə “Berrak Deniz” film istehsalı şirkətində rəhbərliyə keçib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, C.Karaçay artıq Yasin Bozkurt və şirkətə adını verdiyi bacısı Berrak Denizlə yeni layihələr üzərində çalışdıqlarını bildirib.

Tanınmış model deyib ki, yaxın zamanda yeni komediya filminin çəkilişlərinə başlayacaqlar. O, sözlərinə əlavə edib ki, şirkətə rəhbərlik etməklə yanaşı, həm də model olaraq da fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, "Berrak Deniz" şirkəti son 12 ildə Fetih 1453, Recep İvedik 1-2-3, Çılgın Dersane 1-2-3 və Erkekler kimi məşhur layihələrə imza atıb.