Fatimədən Oksanaya barışıq jesti

Fatimədən Oksanaya barışıq jesti
4457 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva uzun illərdir küsülü olduğu həmkarı Oksana Rəsulova haqqında danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “5/5” verilişində onunla küsülü olan rəqqasələrlə layihə etmək istədiyini deyib.

F.Fətəliyeva aparıcının "Məryəm Zamanova və Oksana Rəsulova da tanınmış rəqqasədir. Aranızda nələr baş verir" sualına belə cavab verib:

“Müğənnilər rəqqasələrdən daha mehribandırlar. Bizim aramızda mehribançılıq yoxdur. Hər kəs deyir məndən yoxdur.
 
Ətrafımdakı insanlar məni qınayırlar bu sözü demə. Amma yenə deyəcəm, küsülü olduğum rəqqasələrlə birlikdə layihə etmək istəyərəm. Əvvəl mən də hər sözə cavab verirdim, amma indi yox.

Hər iki rəqqasə bu sahədə sözünü deyib. Mənim nə Oksana xanıma, nə Məryəm xanıma kinim yoxdur. yaşım az olanda Məryəm xanımla qalmaqal yaşadım. Hətta məni o üç rəqqasə ilə bir verilişə çağırsalar da gedərəm".

Həyat yoldaşından danışan F.Fətəliyeva onun mediadan uzaq olmalarının səbəbini açıqlayıb:

“Həyat yoldaşım incəsənət adamı deyil, başqa sahədədir. Ona görə də onun mediaya çıxmasını istəmirəm. Özü də bu aləmdən uzaqdır, xoşlamır. Heç qızım da haqqında yazılmasını istəmir. Ona görə də çox vaxt mənimlə foto çəkdirmir".