ANS bağlandıqdan sonra Mirşahindən ilk açıqlama+video

ANS bağlandıqdan sonra Mirşahindən ilk  açıqlama+video
17523 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda ANS TV-də fövqəladə toplantı keçirilir.

Axşam.az Musavat.com-a istinadən xəbər verir ki, telekanal rəhbərliyinin toplantısından sonra məsələ ilə bağlı bəyanat veriləcək.

Müxtəlif KİV nümayəndələri toplantının yekununu gözləyirlər.

ANS vitse-prezidenti Mirşahin Ağayev jurnalistlərə deyib:

"Məlumdur ki, məhkəmə ANS TV-nin fəaliyyətinə xitam verib. Təbii ki, biz bununla razılaşmırıq. Müvafiq instansiyasılara müraciət edəcəyik".

Qeyd edək ki, bu gün məhkəmə ANS TV-nin lisenziyasına xitam verib.