"Şlyapalı qadın" 6,9 milyon dollara satıldı

"Şlyapalı qadın" 6,9 milyon dollara satıldı
1333 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur rəssam və heykəltaraş Pablo Pikassonun "Şlyapalı qadın" tablosu hərracda 6,9 milyon dollara satılıb.

Axşam.az xəbər verir ki, yağlı boya ilə kətan üzərində çəkilən əsər Kanadada keçirilən hərracda alıcı tapıb. Hərracın əvvəlində rəsm əsərinin qiyməti 6-7,5 milyon dollar elan edilib.

Qeyd edək ki, əfsanəvi rəssamın tabloları dünyada ən bahalı rəsm əsərlərindən hesab olunur. Belə ki, onun “Çılpaq, yaşıl yarpaqlar və büst” tablosu 2010-cu ildə 106 milyon dollara, “Əlcəzair qadınları” adlə əsəri isə ötən il 179,4 milyon dollara satılmışdı.