Müğənni Manaf Ağayev geyimləri ilə bağlı yazılan iradlara münasibət bildirib.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində danışıb.

“Mənə deyirlər ki, səni kimsə geyindirir? Deyirəm ki, özüm seçirəm. Yaşıma-başıma uyğun paltarlar geyinirəm. Səhnə adamı olmasaydım, rəngli geyinməzdim. Stilist pis şey deyil. Əgər öz zövqün yoxdursa, niyə də olmasın?” deyə, M.Ağayev söyləyib.

Qeyd edək ki, sənətçiyə geyindiyi rəngli libaslardan dolayı müxtəlif şərhlər yazılır.

 
 
 
 
 
 
 


                 

Xəbər lenti