“Adamlar və Siçanlar”ın daha bir nümayişi olacaq

“Adamlar və Siçanlar”ın daha bir nümayişi olacaq
316 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı fevralın 12-də yenidən tamaşaçıların görüşünə gələcək.

Axşam.az xəbər verir ki, məşhur yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin müəllifi olduğu əsər quruluş dəyişikliyi ilə daha maraqlı və gözlənilməz sonluqla bitəcək.

Tamaşa Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.

Qeyd edək ki, Con Steynbekin “Adamlar və siçanlar haqqında” əsərinin motivləri əsasında hazırlanan “Adamlar və Siçanlar” tamaşası Bakı ilə yanaşı, Naxçıvanda da anşlaqla nümayiş olunub.

Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Aysel Feziyeva, Niyaz İlyasoğlu, İmran Lalayev, Elsevər Rəhimov, Fərid Əliyev, Günay Məmmədova, Cəmilə Məmmədli və Bəhram Rəhimov ifa edəcək.