Aktyor-aparıcı İlkin Həsəninin parlament seçkilərini tənqid etdiyinə görə “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətindən (ATV) çıxarılması xəbərinə telekanaldan rəsmi münasibət bildirilib.

Axşam.az xəbər verir ki, ATV-nin icraçı direktoru İsmayıl Həsənov Sabah.az-a verdiyi açıqlamasında bildirib ki, İ.Həsəni ATV-nin rəsmi əməkdaşı deyil, onunla yalnız prodakşn vasitəsilə əməkdaşlıq edilir:

“Bu, məlumat doğru deyil. ATV telekanalı bir neçə müddətdir İlkin Həsəni ilə prodakşn üzərindən əməkdaşlıq edir. Hazırda da onun rəhbəri olduğu prodakşnın “Buğlama” layihəsi kanalda yayımlanır”.



                 

Xəbər lenti