Daha 63 nəfərdə koronavirus aşkarlandı

Daha 63 nəfərdə koronavirus aşkarlandı
3764 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Axşam.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat verilib.

Bildirilir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.