Kamilənin AzTV-dəki verilişi bağlandı - Yenilənib

Kamilənin AzTV-dəki verilişi bağlandı - Yenilənib
3267 dəfə oxunub
  • A-
  • A
  • A+

Kamilə Babayevanın aparıcısı olduğu “Görüş yeri” verilişinin yayımı dayandırılıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, AzTV-də yayımlanan layihənin hansı səbəbdən bağlandığı bəlli deyil. Aparıcının yeni mövsümdən başqa proqramla kamera qarşısına keçəcəyi bildirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı Axşam.az-a təsdiqləyib.

***

Kamilə Babayeva isə Axşam.az-a açıqlamasında verilişdə aparıcı kimi bir mövsümlük müqavilə bağladığını bildirib:

“Bu verilişə gələrkən bilirdim ki, proqram mayın sonunadək davam edəcək. Çünki mənə deyildi ki, bir mövsümlükdür. Razılaşmam bu mövsümlük idi. Bütün verilişlər də əvvəlcədən çəkilib təhvil verilir. Yeni mövsümdə başqa layihə ilə efirə çıxacam”.