“Üzümdə əməliyyat etdirməmişəm” - Modeldən estetik açıqlaması

“Üzümdə əməliyyat etdirməmişəm” -  Modeldən estetik açıqlaması
2248 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaca məşhur müğənni Castin Biberin arvadı, model Heyli Bolduinin sosial şəbəkədə 13 yaşındakı fotoları yayılıb.

Axşam.az xəbər verir ki, izləyicilər hazırkı halından çox fərqli görünən modeli estetik əməliyyat etdirməkdə ittiham ediblər.

Heyli isə haqqında deyilənləri təkzib edib:

“Vizajistlər tərəfindən dəyişilmiş fotolardan istifadə etməyin. Şəkildəki insan mənim oxşarım deyil. Heç vaxt üzümdə əməliyyat etdirməmişəm. Əgər 13-23 yaşım arasındakı fərqi öyrənmək istəyirsinizsə, bunu saxta foto ilə etməyin”.