“4 ay ərzində iki dəfə başımı yumuşam”

“4 ay ərzində iki dəfə başımı yumuşam”
3893 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaca məşhur müğənni Mayli Sayrus “Variety” nəşrinə müsahibə verib.

Axşam.az xəbər verir ki, 27 yaşlı sənətçi pandemiya dövründə özünə daha çox vaxt ayırdığını bildirib:

“Ötən 4 ay ərzində iki dəfə başımı yumuşam. Bir dəfə sizə verdiyim müsahibəyə görə, ikincisi isə Elton Conun onlayn konserti naminə. Saçlarım tökülməyib. Karantin müddətində bədənimə böyük diqqətlə yanaşıram. Artıq yarım ildir ki, spirtli içki içmirəm və narkotik maddələrdən istifadə etmirəm. Düzdür, çətin olur, amma nəfsimə qalib gəlməyi bacarıram”.