Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 198 min 613 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 18 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1374 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5115 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1214 nəfər təşkil edir.



                 

Xəbər lenti