Prezident Mətbuat Günü ilə bağlı sərəncam verdi

Prezident Mətbuat Günü ilə bağlı sərəncam verdi
511 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Prezidenti İlham Əliyev Milli Mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Axşam.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın:

2.1. koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;

2.2. jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.