Hollivud prodüseri Harvi Vaynşteyn tərəfindən təcavüz və cinsi zorakılığa məruz qalan şəxslər ümumilikdə 19 milyon dollar alacaqlar.

Axşam.az xəbər verir ki, bu barədə Nyu-York ştatının baş prokuroru Letisiya Ceymsin bəyanatında bildirilir.

Zərərçəkmiş şəxslər bu ödənişi prodüserin müflis elan edilməsi üzrə işi aparan dairə məhkəməsində təsdiqləndikdən sonra alacaqlar.

Vaynşteynin cinsi zorakılığına məruz qalan qadınlar kompensasiyanı əldə etmək üçün xüsusi fonda müraciət etməli olacaqlar.

Qeyd edək ki, 23 il müddətində azadlıqdan məhrum edilən Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.

Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var.



                 

Xəbər lenti