Bu gün bir çox icazələr ləğv edilib

Bu gün bir çox icazələr ləğv edilib
1770 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün icaze.e-gov.az portalında bir çox icazələr ləğv edilib. Sosial şəbəkə istifadəçilərinin bir çoxu da bununla bağlı şikayət ediblər ki, ictimai və özəl sektordan olan icazələr ləğv edilib.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı APA-ya açıqlama verən Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bildirib ki, bununla bağlı onlara çoxlu sayda müraciətlər olub:

"Hansı icazənin qalması, hansının ləğv olunması məsələsinə İqtisadiyyat Nazirliyi baxır. Bizdə sistem ancaq İT məsələsini tənzimləyir".