"Dünya bu plastik əməliyyatlara görə dağılır"

"Dünya bu plastik əməliyyatlara görə dağılır"
7198 dəfə oxunub
  • A-
  • A
  • A+
"Heyif əvvəlki halımdan. Kaş heç nə etməyəydim".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva İnstaqramda canlı yayımda deyib. Plastik əməliyyatlardan danışan sənətçi peşman olduğunu etiraf edib:

"Bir vaxtlar böyük dodaq, burun, bədən şəkilləndirmə dəb idi. İndi təbi hal dəb olub. Mən də təbilikdən çıxmışam. Gül kimi qaşlarım var idi, getdim düzəltdirdim. Burnumu efirə görə kəsdirdim. Heyif, o halımdan. Amma nə edim, formada qalmağa çalışıram".

Fatimə ünvanına yazılan "Dünya bu əməmliyyatlara görə dağılır" sözlərinə "Düzdür... . Məncədə. Biz xanımlar başımıza oyun açırıq. Heç də lazım deyil" cavabını verib.