Azərbaycan filmi “Sarajevo Film Festivalı”nda

Azərbaycan filmi “Sarajevo Film Festivalı”nda
461 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Daxildəki ada” “Sarajevo Film Festivalı”nın proqramına daxil edilib.

Axşam.az xəbər verir ki, tammetrajlı bədii filmin müəllifi və rejissoru Rüfət Həsənovdur. 14-21 avqust tarixlərində keçiriləcək 26-cı “Sarajevo Film Festivalı”nın jüri prezidenti “Oskar” mükafatlı “Artist” filminin rejissoru Mişel Hazanaviçiusdur.

Festivalın əsas proqramının jüri heyətinə həmçinin Berlin Film Festivalının bədii rəhbəri Karlo Şatrian, aktrisa Yadranka Dokiç, rejissor Srdan Qoluboviç və Morelia Film Festivalının layihə rəhbəri Andrea Stavenhagen daxildirlər.

Ekran işində baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.