"Yanımda sevdiklərim, ağlımda, ürəyimdə, dilimdə əzizlərimin həsrəti, vətənimin dərdi. Uzaqdan baxanlara bəlkə çox da dərdli kimi görünməyə bilərəm, amma ölkəmin məsələləri ürəyimi çox yandırır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Ailəsi ilə foto yayımlanan sənətçi darıxdığını bildirib:

"Bənzəri, tərifi olmayan övlad yoxluğunu yaşayan anaları, atasız qalan körpələri, həyat ortağını itirən gəlinləri, yerləri əsla dolmayacaq, tamamlanmayacaq həqiqi boşluqlarını düşünmədən keçməz bu və bundan sonrakı bayramlar. Çox təəssüf, həyat davam edir... Azaldıqca, əskildikcə daha çox sarılmalıyıq həyata, sevdiklərimizə, çünki ölümsüz deyil bu həyat. Vidalaşmalar olsa da, çox inandığım sonsuzadək qovuşmalar, tamamlanmalar var. Bu gün əllərimi göylərə açıb, dünyadan köçənlərimizə rəhmət dilədim və gedən sevdiklərimizi geri qaytara bilməyəcəyimizə görə heç kimin sevdiklərini itirməməsinə dua etdim. Allah etdiyimiz duaları qəbul etsin".



                 

Xəbər lenti