Türkiyədə 1211 nəfər koronavirusdan sağaldı - 14 xəstə öldü

Türkiyədə 1211 nəfər koronavirusdan sağaldı -  14 xəstə öldü
646 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 14 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 62 219 şübhəli koronavirus testindən keçib, onlardan 1193-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 603 nəfər olub, 1211 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 241 997 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5858 nəfər ölüb.