"Payız aylarına hazır olmalıyıq" - Baş infeksionistdən xəbərdarlıq

"Payız aylarına hazır olmalıyıq" -  Baş infeksionistdən xəbərdarlıq
3658 dəfə oxunub
  • A-
  • A
  • A+

"Koronavirus soyuq havaya davamlı olduğuna görə payız aylarında xəstəliyin artma ehtimalı qalır”.

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, yoluxmanın qarşısını almaq üçün bir neçə aydır alışdığımız vərdişlərə ciddi əməl etməliyik:

"Bizə aşılanan vərdişlər var. Maska taxmaq, əhalinin sıx olduğu yerlərdən uzaq durmaq, təmizliyə əməl etmək və s. kimi vərdişlərə davamlı əməl etməyimiz çox vacib şərtdir. Yəni, bu gündən payız-qış ayları üçün hazır olmalıyıq”.

Həkim bildirib ki, sadalanan vərdişlərlə yanaşı, normal qidalanmalı, zərərli vərdişlərdən bacardıqca imtina etməliyik.

C.İsayev vurğulayıb ki, immuniteti güclü saxlamaq üçün yuxu rejiminin gözlənilməsi, eləcə də əsəb sisteminin qorunması da vacib şərtlərdəndir.