Aynişandan boşanmasını reklam adlandıranlara cavab

Aynişandan boşanmasını reklam adlandıranlara cavab
16939 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl boşanma xəbəri ilə gündəmə gələn Əməkdar artist Aybəniz Haşımovanın bloqqer qızı Aynişan Quliyeva sosial şəbəkə hesabında açıqlama yayıb.

Axşam.az xəbər verir ki, o, həyat yoldaşı Kənan Əliyevlə ayrılmalarını reklam adlandıranlara cavab verib:

"Səhifəm Azərbaycanın ən güclü səhifələrindən biridir. Bu günə kimi nə bir qalmaqala qarışmışam, nə də bir məşhurla sırf reklam olunum deyə, dostluq etmişəm. Yeni layihəm olan mağazamın tanıtımı üçün isə nə heç kimin reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duymuram.

Dəqiq bilmək istəyirsinizsə, elə o paylaşan səhifələr mənim hesabıma özünə reytinq toplamağa çalışır. Bu günə kimi nə mən, nə də həyat yoldaşım heç bir açıqlama verməmişik. Çünki hər bir açıqlama yeni bir mövzudur. İnstaqram və "Facebook" hesabımdan başqa heç bir hesabdan istifadə etmirəm.

O ki, qaldı kim-kimi "unfollow" etdi, kim-kimin şəklini sildi, məncə, bu, dünyada baş verən qlobal bir problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq.

Mənə görə narahat olan, yazıb mənə dəstək olan insanlar, siz çox yaxşı insanlarsınız. Sizin dəstəyinizin əvəzi yoxdur. Öpürəm o gözəl qəlbinizdən".

Qeyd edək ki, Aynişan və Kənan profillərindən toy və birlikdə olan fotolarını silib, bir-birini izləmədn çıxarıblar. Eyni zamanda A.Haşımova da kerəkəni ilə olan fotoları profilindən yığışdırıb.