Ermənistan ordusu yaşayış məntəqələrini hədəf alması nəticəsində daha iki mülki vətəndaşımız yaralanıb.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunlar 1936-cı il təvəllüdlü Qazyan kənd sakini Mustafayev Asif Cəmil oğlu və Qaynaq kənd sakini, 1961-ci il təvəllüdlü Quliyev Azad Musa oğludur.

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Asif Mustafayevin düşmənin atdığı mərmi nəticəsində dağıdılmış evinin görüntülərini təqdim edirik:



                 

Xəbər lenti