Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 67 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, son 24 saatda 113 546 şübhəli koronavirus testindən keçib, onlardan 1407-nin cavabı pozitiv çıxıb, 1402 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1507 nəfər olub.

Türkiyədə ümumilikdə 320 070 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 281 151 nəfər sağalıb, 8262 nəfər ölüb. Nazir bildirib ki, ağır xəstə sayında azalma davam edir.

Qeyd edək ki, dünən Türkiyədə COVID-19-a yoluxan ağır xəstə sayı 1516 nəfər olub.



                 

Xəbər lenti