Axşam.az xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb.
Bildirilib ki, Minaj "Sorry" mahnısında Treysinin 1988-ci ildə yazdığı “Baby can i hold you”nun sözlərindən istifadə edib. Bəstə həmin illərdə rəsmi olaraq işıq üzü görməsə də, radiolarda səslənmişdi. Treysi müəllif hüquqlarının pozulması iddiası ilə 2018-ci ildə Minajı məhkəməyə də vermişdi.
Bu günlərdə isə məlum olub ki, Minajın vəkilləri Treysini 450 min dollar kompensasiyanı almağa və məhkəmədən imtina etməyə razı salıblar.