Koronavirus qorxusundan başqa xəstəliyə tutuldu

Koronavirus qorxusundan başqa xəstəliyə tutuldu
1242 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl koronavirusa yoluxan müğənni Hadisə indi də başqa xəstəliyə tutulub.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, ifaçı virus səbəbi ilə “O səs Türkiyə” yarışmasının Yeni il gecəsində çətin anlar yaşadığını dilə gətirib:

“O anları yaşamaq çox çətin idi. Xəstəxanaya getməsəm də oradakı insanların hansı əzablar çəkdiyini bilirəm. Çünki özüm də o vəziyyətə düşdüm. Dörd həftə dayanmadan öskürdüm. Dəhşətli dərəcədə başağrılarım oldu. Dad və qoxu bilmə qabiliyyətimi itirdim.

Bunlar bir kənara, məni əsas məhv edən qorxu hissi idi. Panikaya düşdüm. Fikirləşirdim ki, bir daha səhnəyə çıxa bilməyəcəm. Bu da məndə panik atak xəstəliyinə səbəb oldu”.