Akademik Milli Dram Teatrının kollektivi cənub bölgəsinə qastrol səfərinə yollanacaq.
Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, fevralın 14-də baş tutacaq səfərdə teatrın kollektivi “Vəsiyyət” tamaşasını nümayiş etdirəcək.
Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov və Münəvvər Əliyeva, Mirzə Ağabəyli, Almaz Amanova, aktyorlar Ləman İmanova, Rövşən Kərimduxt, Rüstəm Rüstəmov və başqaları çıxış edəcəklər. Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edir.