7 il evdən qaçmağa çalışan ərəb şahzadəsi haqda film çəkildi - Video

7 il evdən qaçmağa çalışan ərəb şahzadəsi haqda film çəkildi -  Video
1075 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin əvvəlində Britaniya saytı "The Guardian" ərəb şeyxi Məhəmməd ibn Rəşid Al Mahtuminin qızının itməsi ilə bağlı xəbər yayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ-nin əmirin övladını tapmaq üçün bir çox orqanlar işə keçib.

BBC kanalı 32 yaşlı Lətifənin həyatından film hazırlayıb. Ekran işində qızın evdən qaçmasına kömək edən şəxslər də yer alıblar: fillandiyalı fitnes müəllim Tina Yahayn və keçmiş ofiser fransız Evre Cober.

Lətifənin evdən qaçma xəbəri mediada martda yazılıb. Qızın sözlərinə görə, o, evdə işgəncə görüb. Əvvəlcə o və Tina Omana gedib. Bunu onlar su yolu ilə ediblər. Evdən qaçan qızları yaxtada Cober gözləyib. 

"Külək idi, dalğalar güclənmişdi. Səhərə yaxın hava daha da pisləşdi, biz isə hələ də yol getməli idik" deyə Tina xatırlayıb. 



Onlar yaxta ilə Hindistana getməyə çalışıblar. Lətifə dəfələrlə müdafiə olunması üçün bəzi orqanlara məktub yazıb. Amma heç kim onu ciddi qəbul etməyib. 80 kilometr getdikdən sonra isə onları tuta biliblər. "Daily Mail" müsahibəsində Cober bildirib ki, üçünündə gözünü bağlayıblar. Lətifəni aparıb, yanındakıları isə sərbəst buraxıblar.

Həmin vaxtdan Lətifə haqda çox da məlumat yayılmayıb. Onu güclə Dubaya öz ailəsinin yanına qaytarıblar. Bu günə kimi isə onu heç vaxt cəmiyyət içində görməyiblər. Dostları onun taleyindən narahatdlır. Çünki qız evdən qaçan vaxt dostlarına video çəkib göndərib ki, həyatı təhlükədədir.



"Bu video mənim sonuncu çıxışım ola bilər. Bacım Şəmsi 2000-ci ildə İngiltərədə istirahətdə olanda qaçmışdı. 18 yaşı var idi, atamın adamları onu tapıb qaytardı. Onu 8 il həbsdə saxladılar" deyə, Lətifə videoda deyib. 

"Dubayda qadınlara insan kimi davranmırlar" deyə, qız sözlərinə əlavə edib. 



Cober BBC-yə müsahibəsində bildirib ki, qız onunla əlaqə yaratmağa çalışıb. O, Coberin Dubaydan 2011-ci ildə qaçdığını öyrənib. O deyib ki, Lətifə hələ 7 il əvvəl qaçmağı düşünüb, xərclər üçün ona 400 min dollar lazım olub:

"Deyirdi ki, Dubaya qayıtmaqdansa, dənizdə ölməyi üstün tutur".