“Bu qədər insanı öldürməyi inkar etmək şərəfsizlikdir”

“Bu qədər insanı öldürməyi inkar etmək şərəfsizlikdir”
331 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu qədər mülki insanı öldürəsən, sonra deyəsən ki, bunu mən etməmişəm. Doğrudan da bu, şərəfsizlikdir”.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibəsində bildirib.

Hikmət Hacıyev xatırladıb ki, erməni hərbçiləri həmişə döyüş meydanında məğlub olanda deyirdilər ki, onlar mülkiləri hədəf alacaqlar:

“Onlar bunu etdilər. Əgər raketin haradan atıldığını xatırlaya bilmirlərsə, onlara bunun Ermənistan ərazilərindən atıldığını göstərə bilərik - Ermənistanın Vardenis şəhərindən atılıb. Onun əsl adı Basarkeçərdir. Vaxtilə oranın əhalisinin çoxu azərbaycanlılar olub. Əgər bunu Ermənistan atmayıbsa, bəs kim edib? Azərbaycanda bu silahlar yoxdur. Bəs haradan gəldi bu raket?! Radarlar və müasir texnologiya ilə onun haradan gəldiyini görmək və qeydə almaq mümkündür. Mən əminəm ki, təkcə Azərbaycan deyil, həm də qonşu dövlətlərin radarları raketin atıldığı və düşdüyü yeri qeydə alıblar. Məqsəd də çoxlu sayda mülki şəxsi öldürmək olub”.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır.