Türkiyədə yaşayan model Günay Musayeva Kanal D-də yayımlanan “Maqazin D”nin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aktyor Tolqa Karella evli olan Günay verilişdə Azərbaycan plovu bişirib. Proqramın yaradıcı heyəti milli yeməyimizin dadını bəyənib.
Çəkiliş zamanı model onlar üçün “Sən gəlməz oldun” mahnısını da ifa edib.