Acun tanınmış idmançıları "Survivor"a gətirir

Acun tanınmış idmançıları "Survivor"a gətirir
2511 dəfə oxunub
  • A-
  • A
  • A+
TV8-in sahibi Acun Ilıcalı "Survivor" yarışmasının iştirakçılarını açıqlamağa davam edir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Kareldən sonra daha 4 nəfər oyuna qatılmağa razılıq verib.

Onların hamısının Türkiyənin tanınmış idmançıları olması diqqət çəkir. Belə ki, keçmiş futbolçu Əhməd Dursun, atlet Merve Aydın, voleybolçu Duyğu Bal və qadın futbolçu Serenay Aktaş "Survivor 2014"də mübarizə aparacaq.

Qeyd edək ki, "Survivor 2014" Dominikan Respublikasında keçiriləcək.