Rafet qızıyla duet oxudu - fotolar

Rafet qızıyla duet oxudu - fotolar
3027 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Rafet El Roman konsert verib.

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, ifaçı Bostançı Göstəri Mərkəzində sözlərini nişanlısı Cerən Kaplakaslanın yazdığı mahnını qızı Su Elnurla birgə oxuyub.

Gecənin digər maraqlı məqamı isə müğənninin keçmiş həyat yoldaşı Tuğba Altıntop və nişanlısı Cerənin konserti izləməsi olub. Altıntop Rafeti qızları Su Elnur, Şeval Nur və anasıyla, Cerən isə yalnız dinləyib.

Rafet qızlarının nişanlısını qəbul etməyi haqda iddialara isə belə münasibət bildirib:

"Bu, yalandır. Cerənlə dörd aya yaxındır birlikdəyik. İlk zamanlar belə problemlər vardı. İndi isə hər şey yolundadır".